“Barselona”nın hücumçusu Rafinya Dias La Liqada avqust ayının ən yaxşı futbolçusu seçilib.

Offsideplus.az xəbər verir ki, braziliyalı oyunçu mövsümün ilk üç turunda komandasının qazandığı qələbələrdə mühüm pay sahibi olub.

“Barselona” “Elçe”ni 5:0, “Atletik”i 2:0, “Rayo Valyekano”nu isə 5:2 hesabı ilə məğlub edib.

Rafinya 3 matçda 5 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.