Tanınmış azərbaycanlı döyüşçüsü Xəyal Canıyev bu gün növbəti döyüşünə çıxıb.
Offsideplus.az xəbər verir ki, Rusiyanın Çelyabinsk şəhərində baş tutan döyüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb.
"RCC Boxing" təşkilatının bayrağı altında baş tutan qarşılaşmada o, Vasili Podnebesnıyı məğlub edib.
Qeyd edək ki, bu döyüş 31 yaşlı Canıyevin boksda debütüdür.



