Misli Premyer Liqasında XX tur çərçivəsində "Zirə" bu gün "Karvan-Yevlax"ı qəbul edəcək.
Offsideplus.az xəbər verir ki,"qartallar" ötən tur bir müddətdir davam edən qələbəsizlik seriyasını bitirib.
Yevlax təmsilçisində isə seriya daha uzundur.
Onlar 2-ci turdan bəri heç bir rəqibini məğlub edə bilməyib.
"Zirə" 32 xalla 4-cü, "Karvan-Yevlax" isə 6 xalla sonuncu - 12-ci yerin sahibidir.
Misli Premyer Liqası, XX tur
14 fevral (şənbə)
17:00 “Zirə” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Mirnihat Seyidov, Əkbər Əhmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Zirə İdman Kompleksinin stadionu


