PSJ-nin baş məşqçisi Luis Enrike Usman Dembelenin komandada “istək çatışmazlığı” ilə bağlı fikirlərinə sərt cavab verib.
Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis bəzi futbolçular barədə deyilən sözlərin onun üçün əhəmiyyət daşımadığını bildirib.
Enrike açıqlamasında deyib:
“Bu oyundan sonra bəzi oyunçularım haqqında deyilən sözlərin mənim üçün heç bir dəyəri yoxdur.”
O, klubun hər şeydən üstün olduğunu vurğulayıb:
“Heç vaxt bir futbolçunun klubdan üstün olmasına icazə vermərəm. Bu mövzuda hər şey aydındır.”
Komandanın məsuliyyətinin öz üzərində olduğunu qeyd edən baş məşqçi əlavə edib:
“Komandaya görə məsul şəxs mənəm. Amma heç kim klubdan üstün deyil – nə oyunçular, nə mən, nə idman direktoru, nə də prezident.”
Enrike Dembelenin sözlərini emosional açıqlama kimi dəyərləndirib:
“Bu şərhlərin heç bir dəyəri yoxdur. Onlar yenicə bitmiş oyunun yaratdığı frustrasiyadan qaynaqlanır.”
Bu açıqlama PSJ daxilində mümkün gərginliklərlə bağlı müzakirələri daha da artırıb.



