Basketbol üzrə Avroliqada 28-ci turun matçları başa çatıb.
Offsideplus.az xəbər verir ki, turun mərkəzi oyununda "Panatinaikos" OAKA-da "Fənərbağça"nı qəbul edib.
Bu iki komandanın qarşılaşması hər zamankı kimi gərgin keçib.
Veyd Bolduin son saniyələrdəki dəqiq atışı "Fənərbağça"ya qələbə qazandırıb - 85:83.
Əsas hadisələrdən bundan sonra başlayıb.
"Panatinaikos"un uzun Matias Lessor Bolduinin üzərinə hücum çəkib.
Həmin anları sizə təqdim edirik:


