Azərbaycan Basketbol Liqasında (ABL) XVII tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, günün ilk görüşü Şəkidə olacaq.
"Şəki" "Neftçi"ni qəbul edəcək. Bu matç saat 14:00-da start götürəcək.
Turun qapanış oyununda isə NTD və "Sabah" üz-üzə gələcək.
Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 18:00-da başlayacaq.


