Misli Premyer Liqasında XX tura bu gün start veriləcək.

Offsideplus.az xəbər verir ki, açılış matçında "Qarabağ" "İmişli"nin qonağı olacaq.

Görüş Qubada baş tutacaq.

Tərəflər arasındakı ilk dövrədək matç Ağdam təmsilçisinin qələbəsi ilə başa çatmışdı - 2:0.

Qeyd edək ki, bu oyun "Qarabağ"ın Çempionlar Liqasındakı "Nyukasl"la matç öncəsi son sınağıdır.

Misli Premyer Liqası, XX tur

14 fevral (şənbə)

14:30 “İmişli” – “Qarabağ”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov

VAR: Əliyar Ağayev

AVAR: Vüqar Həsənli

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Azər Əsgərov

Quba OİK stadionu