"Qarabağ"ın sabiq hücumçusu Juninyo Vieyra Meksikada qollarına davam edir.

Offsideplus.az xəbər verir ki, onun budəfəki qolu daha vacib alınıb.

68-ci dəqiqədə meydana daxil olan braziliyalı hücumçu 88-də fərqlənərək "Pumas"a qələbə qazandırıb - 3;2.

Bu, Juninyonun yeni klubunda 3-cü qolu olub.