“İlk hissədə zəif olmağımıza görə matçda uduzduq”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Şəki”nin baş məşqçisi
Bedri Meriç klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis Azərbaycan Basketbol Liqasında “Neftçi”yə qarşı keçirdikləri oyun haqqında danışıb: “Qələbəyə görə rəqibi təbrik edirik. İlk hissədə çox pis oynadıq. 2-ci hissədə bəzi şeyləri dəyişdirdik, daha aqressiv oynadıq. Məhz belə çıxış etməliyik. Rəqibimiz də bu gün atışlarda uğurlu idi”.
Qeyd edək ki, Şəki Olimpiya İdman Kompleksində baş tutan görüş Bakı klubunun qələbəsi ilə başa çatıb - 93:77.


