“Oyuna yaxşı başladıq və yüksək enerji bu gün bizə müsbət nəticə qazandırdı”.

Offsideplus.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Vitali Stepanovski Azərbaycan Basketbol Liqasında "Şəki" ilə görüşdən sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb: “Hamını qələbə münasibətilə təbrik edirəm. Oyunboyu nəzarəti əlimizdə saxladıq və tam heyətlə çıxış etməməyimizə baxmayaraq, uşaqlar meydanda öz dəqiqələrini çox yaxşı oynadılar. Onlara münasibətlərinə görə təşəkkür edirəm və indi diqqətimizi ölkə kubokuna hazırlığa yönəltməliyik”.

Qeyd edək ki, Şəki Olimpiya İdman Kompleksində baş tutan görüş Bakı klubunun qələbəsi ilə başa çatıb - 93:77.