"Neftçi" əvəzedici komandasına 3 legioner cəlb edib.
Offsideplus.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Mamadi Diavara (Belçika), Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi (hər ikisi nigeriyalı) mövsümün sonuna qədər burada çıxış edəcəklər.
Klubun istəyinı uyğun olaraq onların sözləşməsi daha iki il uzadıla bilər.
19 yaşlı Diavara son olaraq "Şalke" U-19-da çıxış edib. Nigeriyalı futbolçular isə vətənlərində çıxış ediblər.



