"Real Madrid" rəhbərliyi Viniciusa son sözünü dedi.
Offsideplus.az xəbər verir ki, Vinisius Junior və onun agentlərini rəsmi şəkildə məlumatlandırıb ki, klub artıq futbolçuya heç bir yeni müqavilə təklifi etməyəcək.
Madrid nəhəngi braziliyalı ulduza aylardır təqdim olunan müqaviləni imzalamağı tələb edir. Əks halda, Vinisius 2026-cı ilin yayında satışa çıxarılacaq.
Klub bununla futbolçunun 2027-ci ildə müqavilə bitdikdən sonra pulsuz ayrılmasının qarşısını almaq istəyir.
Beləliklə, Vininin gələcəyi ilə bağlı qərar gözlənildiyindən daha kritik mərhələyə daxil olub. "Real Madrid" isə mövcud şərtlərə dəyişiklik edilməyəcəyini açıq şəkildə bildirib.



