“Real”ın baş məşqçisi Xabi Alonso komandadan gedişi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Offsideplus.az AS nəşrinə istinadən xəbər verir ki, Alonso mətbuat konfransında komandadakı gələcəyi ilə bağlı sualı belə cavablandırıb:
“Hazırda növbəti matç haqqında düşünürəm. Burada əsas olan “Real Madrid” və mənim komandaya necə kömək edə biləcəyimdir. Məsələ mən deyiləm”.
Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda “Mançester Siti”yə 1:2 hesabı ilə məğlub olub. 12 xalı olan Madrid təmsilçisi hazırda turnir cədvəlində 7-ci yerdədir.



