ABŞ-də Sietl şəhərində İran - Misir oyunu günü LGBT tədbiri keçiriləcək.


Offsideplus.az xəbər verir ki, Sietl şəhəri Dünya Kubokuna ev sahibliyi ilə bağlı hazırlıqları çoxdan yekunlaşdırıb və oyun günü üçün ən böyük Qürur (Pride) Ayı və LGBTQ proqramını hələ komandalar bəlli olmadan elan etmişdi.

Artıq məlum olub ki, şəhərdə keçiriləcək qarşılaşmada İranMisir milli komandaları üz-üzə gələcək. Hər iki ölkədə LGBTQ şəxslərinin azadlığı ağır şəkildə məhdudlaşdırılır və bu səbəbdən onların həbs olunması mümkündür.

Buna baxmayaraq, Sietl rəsmiləri bildiriblər ki, elan olunan proqramda heç bir dəyişiklik edilməyəcək və tədbirlər oyun günü tam şəkildə həyata keçiriləcək.

Şəhər rəhbərliyi vurğulayıb ki, proqram iştirakçı komandaların kimliyindən asılı olmayaraq dəyişməz qalacaq.