"Liverpul"un gələcək yapılanmasında Florian Virtzin “mərkəzi fiqur” kimi qiymətləndirilməsi Məhəmməd Salahın narazılığına səbəb olub.
Offsideplus.az xəbər verir ki, klub daxilində Virtzin “gələcəyin ulduzu” kimi ön plana çıxarılması, Salah ilə" Liverpul" rəhbərliyi arasında yaranan gərginliyin əsas səbəblərindən biri kimi göstərilir.
Əldə olunan məlumata görə, Virtzə verilən xüsusi diqqət, həm müqavilə prosesində, həm də texniki heyətin planlamasında Salahın özünü ikinci planda hiss etməsinə yol açıb.



