Braziliyalı əfsanəvi futbolçu Rivaldo “Barselona”ya qayıtmaq ehtimalı barədə danışıb.

Offsideplus.az xəbər verir ki, sabiq hücumçu gələcəklə bağlı təkliflərə açıq olduğunu bildirib:

“Gələcəkdə mənim üçün hansısa imkan çıxarsa, bunu dinləməyə hazıram. Əgər yenidən ‘Barselona’ kimi bir klubda çalışma şansım olsa, qəbul edərəm. Bu klub mənim üçün çox şey ifadə edir”.

Rivaldo keçmiş futbolçuların klubda çalışmasından məmnun olduğunu da qeyd edib:

“Belleti və Dekonun klubda işlədiyini görmək məni sevindirir. Əgər mənə zəng etsələr, hər zaman hazıram”.