UFC prezidenti Dana Uayt keçmiş ağırçəkili çempion Frenis Nqannou haqqında sərt açıqlama verib.
Offsideplus.az xəbər verir ki, o, Nqannounun UFC-yə qayıtması ehtimalını tamamilə rədd edib:
“Nqannounu əsla UFC-yə geri almayacağam. Bu axmağı PFL-ə göndərdiyim an qədər məni heç nə xoşbəxt etməyib. Onu alan şirkət üçün təəssüf edirəm, çünki biz onu bir səbəbə görə azad buraxdıq.”
O, həmçinin Nqannou ilə işləmək istəmədiyini açıq şəkildə bildirib:
“Xoşuma gəlməyən adamlarla iş görmək istəmirəm.”
Ngannou hazırda PFL ilə müqavilə bağlayıb və təşkilatla debüt döyüşünü keçirməyə hazırlaşır.



