Bu gün Azərbaycan Basketbol Liqasında doqquzuncu tur start götürəcək.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə B qrupunda iki oyun baş tutacaq.

Əvvəlcə “Lənkəran” “Quba”nı qəbul edəcək. Matç saat 15:00-da başlayacaq.

Saat 20:00-da isə “Naxçıvan” “Sərhədçi” ilə üz-üzə gələcək.

Qeyd edək ki, doqquzuncu tura dekabrın 14-də yekun vurulacaq.