İngiltərənin “Mançester Yunayted” klubunun serbiyalı yarımmüdafiəçisi Nemanya Matiç gələn yay “Barcelona” klubuna keçə bilər.

Offsodeplus.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, 

Mərkəz xəttini gücləndirməkdə maraqlı olan “Barcelona” 33 yaşlı yarımmüdafiəçini gələn il güzəştli qiymətə almaq istəyir. 

Qeyd edək ki, 2017-ci ildə “Mançester Yunayted”ə keçən futbolçunun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.