Transfer pəncərəsinin son günlərində Avropa futbolunun gündəmini zəbt edən Xulian Alvares ətrafındakı proseslər daha da gərginləşib.
Offsideplus.az xəbər verir ki, "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeonenin ulduz hücumçunun satışına yaşıl işıq yandırmasından sonra transfer bazarında ardıcıl maraqlı hadisələr baş verir.
-
"Arsenal"ın təklifi rədd edildi: İngiltərə nəhəngi "Arsenal" 125 milyon avro və 10 milyon avro bonusdan ibarət nəhəng paketlə bağlı "Atletiko Madrid" ilə razılığa gəlsə də, argentinalı futbolçunun özü bu keçidi qəbul etməyib və təklifə "yox" deyib.
-
Simeonenin şərtləri və "Barselona" qadağası: Madrid klubu oyunçu üçün ümumi olaraq 130 milyon avro tələb edir. Lakin maraqlıdır ki, klub rəhbərliyi əzəli rəqiblərdən olan "Barselona" ilə heç bir şəraitdə danışıq aparmayacağını qəti şəkildə bəyan edib.
-
Oyunçunun istəyi və qeyri-müəyyənlik: Bütün bu qadağalara baxmayaraq, Alvares hələ də "Barselona"dan son dəqiqə təklifi gəlməsini ümid edir və səbirlə gözləyir. Kataloniya təmsilçisi isə hələlik rəsmi addım atmayıb.


