Ağır çəki dərəcəsində tanınmış rusiyalı döyüşçü Aleksandr Volkov UFC 333 turnirində Rizvan Kuniyevi məğlub edib. Döyüş Abu-Dabidə baş tutub və Volkov hakimlərin yekdil qərarı ilə qalib gəlib.
Offsideplus.az xəbər verir ki, bu nəticə ilə Aleksandr Volkov ardıcıl üçüncü dəfə döyüşünü hakimlərin qərarı ilə qazanıb. O, bundan əvvəl Valdo Kortes-Akostaya və Jailton Almeidaya da eyni üsulla qalib gəlmişdi. Rizvan Kuniyevin isə UFC-də iki döyüşlük qələbə seriyası bu məğlubiyyətlə sona çatıb.


