"Barselona"nın baş məşqçisi Hans-Diter Flik İspaniyada hakimlərin işinə inandığını bildirib.
Offsideplus.az xəbər verir ki, alman mütəxəssis bu barədə fikirlərini belə ifadə edib: "Hakimlərin təsir altında qalacağını düşünmürəm. Mən onlara inanıram. Keyfiyyətli idarəçilik görürük. Hakimlərlə bağlı davamlı müzakirələr məni yormur. Mən komandamın hazırlığına köklənməyi üstün tuturam. Bütün bu söhbətlər başlıqlar üçün edilir, mən isə heç bir başlıq istəmirəm. Yalnız komandama diqqət yetirirəm".
Qeyd edək ki, bazar günü "Barselona" La Liqanın 10-cu turunda "Real Madrid"i qəbul edəcək. Klasiqonun baş hakimi Xuan Martines Munuera olacaq.


