UFC 333 turnirində Abdul-Rahman Yaxyayev Nikita Krılova qarşı möhtəşəm çıxış göstərib və ilk raundda texniki nokautla qələbə qazanıb. Döyüşün əvvəlində Krılov rəqibini yerə salmağa çalışsa da, Yaxyayevin müdafiəsi və əks-hücumları üstün olub.

Offsideplus.az xəbər verir ki, Yaxyayev rəqibinin güləş təzyiqinə tab gətirib, daha sonra isə vəziyyəti öz xeyrinə dəyişib. O, Krılovu yerə yıxaraq boğma fəndi ilə təhdid edib, lakin Krılov bu vəziyyətdən çıxmağı bacarıb. Yaxyayev bundan sonra baş zərbəsi ilə Krılovu yerə salıb və ardıcıl zərbələrlə hakimə döyüşü dayandırmağa məcbur edib. Rəsmi nəticəyə əsasən, Abdul-Rahman Yaxyayev Nikita Krılovu ilk raundda, 2 dəqiqə 38-ci saniyədə texniki nokautla məğlub edib.