Abu-Dabidə keçirilən UFC 333 turnirində yarım-yüngül çəki dərəcəsində Dominik Reyes və Azamat Murzakanov arasında maraqlı qarşılaşma baş tutub. Reyes ilk raundda rəqibini nokautla məğlub edib.
Offsideplus.az xəbər verir ki, bu, Murzakanov üçün ardıcıl ikinci məğlubiyyət olub. O, son döyüşündə Paulo Kostaya texniki nokautla uduzmuşdu. Reyes isə son beş döyüşünün dördündə qalib gəlib.


