İspaniyanın "Atletiko Madrid" klubunun hücumçusu Xulian Alvares karyerasında böyük bir addım atmağa hazırlanır.
Offsideplus.az xəbər verir ki, Argentinalı ulduz futbolçunun bu həftə "Atletiko"nun baş icraçı direktoru Migel Anxel Xil Marin ilə rəsmi görüşü planlaşdırılır.
-
"Barselona"ya keçid təzyiqi: Alvares "Atletiko"dan ayrılmaq və "Barselona" ilə rəsmi danışıqların başlaması üçün klub rəhbərliyinə təzyiq göstərəcək.
-
Verilən sözün yerinə yetirilməsi: Görüş zamanı 26 yaşlı hücumçu Xil Marindən daha əvvəl verilən şifahi sözə riayət etməsini tələb edəcək. Belə ki, rəhbərlik futbolçuya ayrılmaq istəyəcəyi təqdirdə transferinə mane olmayacağına dair söz vermişdi.
-
Ferran Torresin əvəzinə: Ferran Torresin "Pari Sen-Jermen"ə transferindən sonra hücum xəttini gücləndirmək istəyən "Barselona" üçün Alvares ən başlıca hədəflərdən birinə çevrilib.


