"Atletiko Madrid"in hücumçusu Xulian Alvares və onun ətrafı komandanın baş məşqçisi Diyeqo Simeone ilə son söhbətdən sonra qəzəblənib.

Offsideplus.az xəbər verir ki, görüş klubun mövqeyini dəyişməyə kömək etməyib.

Simeone Alvaresə klubun onu satmayacağını və yeni mövsümdə ona bel bağladığını bildirib.

Danışıqdan böyük məyusluqla ayrılan hücumçu indi məsələni birbaşa klubun baş icraçı direktoru Migel Anhel Xil Marinlə müzakirə etməyə çalışacaq.

"Barselona"ya keçmək istəyən Xulian Alvaresin bu transferdən imtina etmək niyyəti yoxdur.