Fransalı hücumçu Kylian Mbappe "Real Madrid"də bəzi yoldaşlarının peşəkar və məsuliyyətli davranmamasından narazıdır.

Offsideplus.az xəbər verir ki, Mbappe bu mövsüm bəzi komanda üzvlərinin məşqlərə laqeyd yanaşması və oyun zamanı diqqətsizliyi səbəbindən getdikcə məyus olur.

Klub rəhbərliyi isə vəziyyətin gərginləşməməsi üçün müdaxilə etməyə çalışır, amma Mbappenin motivasiyasının qorunması prioritet olaraq qalır.