Erling Holand "Mançester Siti"nin yeni oyunçusu Elliot Andersonu zarafatla simulyant adlandırıb.

Offsideplus.az xəbər verir ki, İngiltərə millisinin 23 yaşlı yarımmüdafiəçisi bu yay "Nottingem Forest"dən "Mançester Siti"yə 116 milyon funt sterlinqə transfer olunub. 2026 Dünya Çempionatının 1/4 finalında Norveç və İngiltərə arasında keçirilən oyunda hakim Klemant Türpen Holandın Andersona qarşı qayda pozuntusuna görə norveçlilərin qolunu ləğv edib. Holand künc zərbəsi zamanı rəqibini sinəsindən itələyib və Anderson yerə yıxılıb.

Holand sosial şəbəkədə "Günəşli Mançesterdə geri döndüm" yazısı ilə fotosunu paylaşıb. Bir izləyici ona "Andersona məndən salam çatdır" deyə müraciət edib. Holand isə cavabında "Simulyantamı?" yazıb.