Yan Diomande "Real Madrid"ə transferi ilə bağlı təəssüratlarını bölüşüb.

Offsideplus.az xəbər verir ki, gənc vinger bu keçidin onun uşaqlıq arzusu olduğunu bildirib:

"Qürurluyam və xoşbəxtəm, çünki bu mənim arzum idi. Uşaq vaxtı dünyanın ən böyük klubunda oynamaq istəyirdim və indi buradayam. Ailəm mənimlə fəxr edir. Bu, dünyanın ən böyük klubudur. Hər kəs burada olmaq istəyir. Burada olduğum üçün minnətdaram. Klubun uğurlarında pay sahibi olmaq istəyirəm. Baş məşqçiyə təşəkkür etmək niyyətindəyəm, çünki onunla danışmışdıq və buraya gəlməyimdə onun da rolu var. Təbii ki, klubun da dəstəyi böyükdür. Mən xoşbəxtəm, məni dəvət etdikləri və inandıqları üçün təşəkkür edirəm. Paltardəyişmə otağında böyük oyunçuların olması əladır, onlardan öyrənirsən. Əvvəllər onları televizorda izləyirdim, indi isə birgə paltardəyişmə otağındayıq. Bu, möhtəşəmdir. Bu, dünyanın ən böyük klubudur. "Real Madrid" səni çağıranda imtina edə bilməzsən, hər şey çox sadədir".