Almaniyanın "Bayern" klubu Braziliya millisinin və "Brentford"un hücumçusu İqor Tiago ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi 25 yaşlı forvardı Harri Keyn üçün alternativ kimi nəzərdən keçirir. Hazırda rəsmi danışıqlar aparılmır.
2025/26 mövsümündə Tiago İngiltərə Premyer Liqasında 38 oyunda 22 qol vurub. Bu göstəricidə yalnız "Mançester Siti"nin hücumçusu Erlinq Holand onu qabaqlayıb – norveçli 35 qarşılaşmada 27 dəfə fərqlənib.
Braziliyalı futbolçu 2026 Dünya Çempionatında yalnız bir oyunda meydana çıxıb.


