Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmasında “Sabah” “Orhus”u darmadağın edib - 4:0.

Offsideplus.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında Valdas Dambrauskas oyun haqda fikirlərini bildirib: 

“Bütün Azərbaycanı, “Sabah” azarkeşlərini, rəhbərliyi, texniki heyəti, sizi, ekran qarşısındakı azarkeşləri təbrik edirəm. İlk oyundan sonra özümüzə dərs çıxarmışdıq. Kim yaxşı idisə, o da oynadı. Oyunun başlanğıcından istəkli olan tərəf biz idik. Rəqib səfərdəkinə nisbətdə daha çox təzyiq edirdi. İlk qol çox vacib idi. 2-ci qoldan sonra daha rahat oynadıq. Qalibiyyəti qeyd edəcəyik. Həftəsonundakı çempionat oyununa qarşılaşacağıq”.

Litvalı mütəxəssis “Pley-offda hansı rəqibi görmək istəyirsiz?” sualına belə cavab verib: 

“Bunu müzakirə belə etmək istəmirəm. “Kəpəz”lə oyuna hazırlaşacağıq. Çox çətin oyun olacaq. Fərqli emosiya və əhval-ruhiyyə ola bilər”.

O, ev oyunlarında qol buraxmamaqla bağlı isə bunları söyləyib:

“Xüsusi səbəbi yoxdur. İlk dəqiqələrdən dominant olan tərəf olmağa çalışırıq. Qol vurandan sonra dayanmaq istəmirik. Fərqli rəqiblərlə oynamışıq. İlk iki rəqib müdafiəyəmeyilli oyun oynayırdı. Bəzən əlinı düşən bütün fürsətlərdən istifadə edə bilmirsən”.