"Sumqayıt" yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, "kimyaçılar" Renan Santananı heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
21 yaşlı Santananın son klubu Portuqaliyanın "Famalikao" komandası olub.
O, "Sumqayıt"da 5 nömrəli formanı geyinəcək.


