UFC prezidenti Dana Uayt təşkilatın tarixində analoqu olmayan daha bir möhtəşəm tədbirin hazırlıqlarının getdiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, o, bu barədə "The Pat McAfee Show"da danışıb.
O, bildirib ki, prodakşn rəhbəri Kreyq Borsarinin yeni ideyası üzərində işləyir və bu layihəni reallaşdırmaq üçün əlavə hazırlıqlar aparılır. Uayt əlavə edib ki, Ağ Evdə keçirilən tədbirin miqyasına heç bir layihə çata bilməz: "Ağ Ev"dəki gecə mənim iştirak etdiyim ən möhtəşəm hadisə idi. Orada olmaq inanılmaz idi. Bu, bir daha təkrarlanmayacaq".
Hazırda yeni tədbirin detalları açıqlanmasa da, UFC rəhbərliyi növbəti böyük şounun reallaşması üçün çalışır.
Qeyd edək ki, UFC-nin Ağ Evdə keçirilən "Freedom 250" turniri təşkilatın ən iddialı layihəsi kimi yadda qalıb və bu tədbirin təkrarlanmayacağı bildirilib.


