"Barselona" hücum xətti üçün alternativ namizədi ilə rəsmi danışıqlara başlayıb.

Offsideplus.az xəbər verir ki, onlar Lautaro Martinesin transferi üçün ilk addımı atıb

İdman direktoru Deko keçən həftə argentinalı hücumçu Lautaro Martinesin agenti Alexandro Kamanyo ilə görüşüb. Tərəflər arasında baş tutan müzakirələrdə təcrübəli forvardın gələcək karyerası və ehtimal olunan keçidin şərtləri nəzərdən keçirilib.

Kataloniya təmsilçisi hücum xəttini gücləndirmək üçün variantları dəyərləndirməyə davam edir.

Lautaro Martines "Barselona"nın siyahısında ilk sırada yer alan Xulian Alvaresin transferi baş tutmayacağı təqdirdə əsas alternativlərdən biri hesab olunur.