Fransanın PSJ klubu İspaniyanın "Barselona" komandasında çıxış edən hücumçu Ferran Torresin keçidi ilə bağlı prinsipial razılıq əldə edib.
Offsideplus.az xəbər verir ki, tərəflər arasında aparılan danışıqlar uğurla yekunlaşıb və klublar transferin əsas şərtlərini şifahi şəkildə təsdiqləyiblər.
Əldə olunan məlumata əsasən, bu keçid üçün fransızlar qarşı tərəfə bonuslar da daxil olmaqla ümumilikdə 55 milyon avro ödəyəcəklər. Transferin yaxın vaxtlarda rəsmən elan olunacağı gözlənilir.
Hazırda sövdələşmənin tamamlanması üçün son formal prosedurlar icra olunur. Ispaniyalı futbolçunun tezliklə tibbi müayinədən keçməsi və yeni klubu ilə rəsmi müqavilə imzalaması planlaşdırılır.


