Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadə MLS-də növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, onun komandası "Kolambus Kryu" səfərdə "Atlanta" ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.
N. Axundzadə görüşün 90-cı dəqiqəsində meydana daxil olub. Bu, onun MLS-də keçirdiyi ikinci qarşılaşmadır.
Qeyd edək ki, "Kolambus Kryu"nun növbəti oyunu aprelin 13-də "Orlando"ya qarşı olacaq.


