Heyətində Neymarın da yer aldığı Braziliyanın "Santos" klubu baş məşqçi Xuan Pablo Voyvoda ilə yolarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İstefaya səbəb isə komandanın Braziliya çempionatındakı uğursuz çıxışı olub.
Hazırda 6 xalı olan komanda turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Qeyd edək ki, X.P.Voyvoda 2025-ci ilin avqustunda "Santos"a baş məşqçi təyin olunmuşdu.


