"Bavariya" klubunun futbolçusu Harri Keyn UEFA Çempionlar Liqasında tarixi uğura imza atıb.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı hücumçusu turnirin 1/8 final mərhələsinin "Atalanta"ya qarşı keçirilən cavab matçında dubl etməklə nail olub.

Bununla da o, qitənin bir nömrəli klub turnirində 50 qol həddinə çatan ilk ingiltərəli futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Harri Keyn  cari mövsümdə "Bavariya"nın heyətində keçirdiyi 39 rəsmi matçda 47 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.