"Qarabağ" Çempionlar Liqasının pley-off təsnifat mərhələsinin ilk matçı üçün Macarıstana yollanıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Onlar burada yerli "Ferentsvaroş"la qarşılaşacaq.

Komandanı aparan təyyarə saat 11:00-da yola düşəcək. Bu gün, Bakı vaxtı ilə saat 21:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 21:30-da isə komandanın açıq məşqi təşkil olunacaq.

Qeyd edək ki, avqustun 19-da keçiriləcək "Ferentsvaroş" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.