"Barselona"nın futbolçusu Robert Levandovski Çempionlar Liqasında növbəti uğura imza atıb.
Offsideplus.az xəbər verir ki, futbolçu turnirin 1/8 finalın "Nyukasl"la cavab matçında 2 qol vurub. Bununla da o, ÇL-də dubl edən ən yaşlı futbolçu olub. Polşalı forvard 37 yaş 209 günündə bunu reallaşdırıb.
Qeyd edək ki, əvvəlki rekord Filippo İnzaqiyə məxsus idi. O, 2010-cu ildə 37 yaş 86 günlük olarkən "Milan"ın heyətində "Real"a 2 qol vurmuşdu.


