Azərbaycan Basketbol Liqasında pley-in həyəcanı daha iki qarşılaşma ilə davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün 2 oyun keçirilib.
İlk olaraq saat 14:00-da Gəncə Olimpiya İdman Kompleksində yerli "Gəncə" kollektivi "Lənkəran"ı korta çıxıblar.
"Gəncə" rəqibini böyük fərqlə məğlub edib və seriyada önə keçib - 91:55
Günün digər görüşü isə paytaxtda baş tutub.
Bakı İdman Sarayında keçirilən görüşdə NTD "Sumqayıt"ı məğlubiyyətə uğradıb.
Qeyd edək ki, play-inn seriyalarında ikinci oyunlar 6 və 7 apreldə baş tutacaq. Reqlamentə əsasən seriyalarda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar.
ABL, pley-in seriyası
4 aprel (şənbə)
14:00 "Gəncə" - "Lənkəran" 91:55 (15:10, 34:16, 17:19, 25:10) (seriyada hesab - 1:0)
Gəncə Olimpiya İdman Kompleksi
16:00 NTD - "Sumqayıt" 121:107 (37:30, 33:20, 21:32, 30:25) (seriyada hesab - 1:0)
Bakı İdman Sarayı


