İtaliyanın "İnter" klubunun yeni prezidenti müəyyənləşib.

 Offsideplus.az xəbər verir ki, Milan təmsilçisinin prezident postuna 26 yaşlı çinli iş adamı Stiven Çjan gətirilib. "İnter”in sabiq kapitanı Xavyer Zanetti vitse-prezident, Alessandro Antonello isə baş menecer postunda qalıb. 2016-cı ildə "İnter"in səhmlərinin böyük hissəsini alan Çinin "Suning Holding" şirkətinin sahibi Çjan Tszindunun oğlu olan Stiven son iki ildə klubun İdarə Heyətində yer alıb. 

Qeyd edək ki, Stivan Çjan klubun 21-ci prezidenti olub. Çinli iş adamı bu postda indoneziyalı Erik Tohiri əvəzləyib.