2026 Dünya Kuboku ilə bağlı gözlənilməz qərar qəbul edilib. 

Offsideplus.az xəbər verir ki, turnirin finalında fasilə şousu olacaq. 

Futbolsevərlər Dünya Kuboku finalında maraqlı bir sürprizlə qarşılaşacaqlar. "Super Bowl"da olduğu kimi, final oyununda da fasilədə şou təşkil olunacaq.

Təşkilatçılar bildiriblər ki, tədbirin oyun fasiləsində izləyicilərə unudulmaz anlar yaşatması nəzərdə tutulur.

Hələlik şounun detalları açıqlanmayıb, lakin musiqi və səhnə performanslarının matçın həyəcanına əlavə rəng qatacağı gözlənilir.

Bu addım idman və əyləncəni birləşdirərək azarkeşlərə unikal təcrübə təqdim etməyi hədəfləyir.