Azərbaycan Basketbol Liqasında (ABL) VIII turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, günün ilk oyunda "Quba" "Sumqayıt"ı qəbul edib.

Bölgə təmsilçisi qarşılaşmadan qələbə ilə ayrılıb - 107:90.

"Quba" xalını 11-ə yüksəldib. "Sumqayıt"ın isə 10 xalı var.

Tura "Şəki" "Sabah" oyunu ilə yekun vurulacaq. Görüş saat 17:00-da start götürəcək.