"Arsenal" 18 yaşlı yarımmüdafiəçi üçün 45 milyon avroluq rəsmi təklif yollayacaq. 

Offsideplus.az xəbər verir ki, onlar "Lill"in yarımmüdafiəçisi Ayub Bouaddi üçün ciddi təklif hazırlayıb. Klub qış transfer pəncərəsində 45 milyon avro qarşılığında futbolçunu heyətinə qatmağa hazırdır. 

Fransa klubu isə gənc yarımmüdafiəçi ilə müqaviləni 2029-cu ilin yayına qədər uzatmaq niyyətindədir və yayda satmaq qərarına gəlsələr, 50 milyon avrodan aşağı qiymətə razılaşmayacaqlarını açıqlayıblar.

Eyni zamanda, "Çelsi" rəhbərliyi də Bouaddini transfer etməkdə maraqlıdır. PSJ də futbolçunun oyun stilini bəyənir və komandalarının yarımmüdafiəsi dəyişərsə, transfer yarışına qoşula bilərlər.