"Yuventus"un futbolçusu Duşan Vlahoviç əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Serbiyalı hücumçunun 2-3 ay meydanlardan uzaq qalacağı gözlənilir.

D. Vlahoviç cari mövsüm "Yuventus"un heyətində 17 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.