"Qalatasaray"ın ulduzu "Real Madrid" klubuna transfer oluna bilər.
Offsideplus.az xəbər verir ki, söhbət Viktor Osimhendən gedir.
Nigeriya millisinin sabiq baş məşqçisi Sandey Oliseh hücumçu Viktor Osimhenin “Real Madrid”ə transferinin artıq real olduğunu bildirib. Oliseh, bu məlumatı ölkənin futbol dairələrində tanınan çox önəmli bir şəxsdən eşitdiyini vurğulayıb.
Olisehin sözlərinə görə, İspaniya nəhəngi Osimhenlə bağlı ciddi addımlar atır:
“Viktor Osimhenin “Real Madrid”lə müqavilə imzalaya biləcəyini çox vacib bir şəxsdən eşitdim və onun adına çox sevindim. Çox danışmaq istəmirəm, amma mənə verilən məlumata görə, o, gedir. Məlumatın kimdən gəldiyini deməyəcəyəm, lakin bunu Nigeriyanın nüfuzlu fiqurlarından biri söylədi. Gözləyək və görək nə baş verəcək.”



