2026 Dünya Çempionatı turnirinin püşkatma mərasimi başlayıb.

Offsideplus.az xəbər verir ki, püşkatma nəticələri bu cürdür:

A qrupu: Meksika (ev sahibi)
B qrupu: Kanada (ev sahibi)
C qrupu:
D qrupu: ABŞ (ev sahibi)
E qrupu:
F qrupu:
G qrupu:
H qrupu:
İ qrupu:
J qrupu:
K qrupu:
L qrupu:




Xatırladaq ki, Beynəlxalq Futbol Federasiyası (FIFA) Dünya Çempionatının final mərhələsinin püşkatması üçün səbətlərin yekun tərkibini bu cür açıqlamışdı:

1-ci səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Hollandiya, Belçika və Almaniya;

2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Cənubi Koreya, Ekvador, Avstriya və Avstraliya;

3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Fil Dişi Sahili, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı və Cənubi Afrika;

4-cü səbət: İordaniya, Kabo-Verde, Qana, Kyurasao, Haiti, Yeni Zelandiya və pley-offa vəsiqə qazanacaq 6 komanda.

A yolu: İtaliya/Şimali İrlandiya - Uels/Bosniya və Herseqovina.

B yolu: Ukrayna/İsveç - Polşa/Albaniya.

C yolu: Türkiyə/Rumıniya - Slovakiya/Kosovo.

D yolu: Danimarka/Makedoniya - Çexiya/İrlandiya.

Qitələrarası pley-off

A yolu: Yeni Kaledoniya - Yamayka/DR Konqo.

B yolu: Boliviya/Surinam/İraq.

Xatırladaq ki, pley-offun yarımfinalları 26 mart 2026-cı il, final oyunları isə 31 mart 2026-cı ildə keçiriləcək.

Futbol üzrə Dünya Çempionatının final mərhələsi 2026-cı ilin iyun-iyul aylarında ABŞ, Kanada və Meksikada keçiriləcək .