Entoni Qordon "Nyukasl"da xoşbəxt deyil və böyük ambisiyaları səbəbindən yay transfer pəncərəsində klubdan getməyi düşünür.
Offsideplus.az xəbər verir ki, İngiltərə millisinin hücumçusu həmişə "Liverpul"a keçmək istəyib və indi də bu variantı prioritet hesab edir. Amma "Arsenal" da maraqlanır.
Qordon Premyer Liqanın bir çox böyük klublarında yüksək qiymətləndirilir. "Nyukasl" isə onu asanlıqla buraxmayacaq – müqaviləsi 2030-cu ilin yayına qədərdir və klub 95 milyon funt sterlinq civarında qiymət tələb edir.
Bəzi məlumatlara görə, "Arsenal" 75 milyon funt sterlinq təklif etməyə hazırdır və yarışda öndədir, lakin "Liverpul" da iddialıdır.
Qeyd edək ki, fevralda Qordon özü bu transfer şayiələrini "tam zibil" adlandırıb və "Nyukasl"da qalmaq istədiyini vurğulamışdı. Amma son həftələrdə vəziyyət dəyişib – narazılıq iddiaları yenidən gündəmə gəlib.


