"Barselona" prezidenti Xoan Laporta ilə keçmiş baş məşqçi Xavi Hernandesin münasibətləri tamamilə pozulub
Offsideplus.az xəbər verir ki, Xavi "Barselona"ya qayıtmaq ümidi ilə Hansi Flikin yerinə keçmək üçün gözləyirdi – əgər Viktor Font seçkilərdə qalib gəlsəydi bu ehtimal var idi. Hətta bunun üçün Mərakeş milli komandasının təklifini rədd etmişdi ki, "Kamp Nou"dakı yer üçün hazır qalsın.
Amma bu qapı indi birdəfəlik bağlanıb – Laporta prezident kimi qalır və Xavinin "Barselona"ya qayıtma şansı yalnız Laportanın müqaviləsi bitib klubdan getdikdən sonra ola bilər.
Xatırladaq ki, martın əvvəllərində Xavi Laportanı Lionel Messinin 2023-cü ildə qayıdışını bloklamaqda ittiham etmişdi. Laporta isə cavab olaraq Xavini "kinli" adlandırıb, onun Hansi Flikin gəlişi ilə əvəzlənməsinin doğru qərar olduğunu vurğulamışdı. Bu mübahisələr seçki kampaniyası zamanı daha da kəskinləşib, Xavi isə Viktor Fontu dəstəkləyib.
Nəticədə Xoan Laporta seçkilərdə qələbə çalıb və prezident postunda qalır.


